34,2667$% 0.04
37,4131€% 0.04
2.922,03%0,17
4.939,00%0,04
19.696,00%0,05
Azərbaycanlı
***
Bir qəfil ayrılığa
Yağar, ağlayar şəkil…
Daxmasında mürgülü
Ölüm saxlayar şəkil…
Şəkillər yuxu yatmır,
Oyaq olur həmişə…
Ömrümdən ölüm damır,
şəklimə… Ölməmişəm…
Göz yaşım şəkillərin
Alnının qırışıdı…
Adamlar şəkil-şəkil
Qocalan baş daşıdı…
Ağla… Ağla ölüm-ölüm…
Titrə yel-yel ahıl canım…
Sonra… Ah-ah soraqlayım,
Eheeey… Şəkil adam, hanı?!
Qəhqəhəsi nə acıdı,
dil-dil ötən sükutunun?..
nədən belə eşq-eşq ötdün
ruhundakı uçurumu?..
eyyy əlimdəki əsa…
eyyy yolumdakı çıraq…
şəkil-şəkil uçan ağac…
şəkil-şəkil ölən varaq…
unudun… məni unudun…
bir axşam şəkillərim
torpağın dan üzünə
əbədilik hopacaq…
qürub qoxulu şəkillər
bizimçün darıxacaq…
***
Gördüm bir gecə…bir gecə…
Qısılıb qoca əsasına
Deyinir: – kaş bu əsadan
Qaranlığım düşə…sına.
Gördüm bir gecə…bir gecə…
Qapqara…soyuq…incə…
Keçdiyim yola oxşayır…
Kaş bir də…bir də keçəm…
Gördüm bir gecə…bir gecə…
O məni gördümü?…görmədi…
Nə gözündən yaş axmadı…
Nə də ki heç sevinmədi…
Gördüm bir gecə…bir gecə…
Yatmışam, gözümü oyur…
Nə məni yerdə itirir,
Nə göy üzün yeyib doyur…
Gördüm bir gecə…bir gecə…
Əvvələ-axıra oxşamır…
Halına ağlama…ağlama…
Dönüb baxana oxşamır…
Gördüm bir gecə…bir gecə…
Dibi görünməyən quyuydu…
O məni görmürdü…görmürdü…
Görmürdü eyyy…koruydu…
Gördüm bir gecə…bir gecə
Küsür – məndən göründükcə
Deyinir:- kaş Tanrı tətiyi
çəkə…göylərdən köçəm…
Gördüm bir gecə…bir gecə –
elə bir gecə ki…
ÇOCUKLUK ARKADAŞIM
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.