DOLAR

34,6005$% 0.16

EURO

36,3168% 0.85

GRAM ALTIN

2.976,90%-0,94

ÇEYREK ALTIN

5.043,00%-0,97

TAM ALTIN

20.116,00%-0,94

İkindi Vakti a 15:24
Şanlıurfa PARÇALI BULUTLU
  • Adana
  • Adıyaman
  • Afyonkarahisar
  • Ağrı
  • Amasya
  • Ankara
  • Antalya
  • Artvin
  • Aydın
  • Balıkesir
  • Bilecik
  • Bingöl
  • Bitlis
  • Bolu
  • Burdur
  • Bursa
  • Çanakkale
  • Çankırı
  • Çorum
  • Denizli
  • Diyarbakır
  • Edirne
  • Elazığ
  • Erzincan
  • Erzurum
  • Eskişehir
  • Gaziantep
  • Giresun
  • Gümüşhane
  • Hakkâri
  • Hatay
  • Isparta
  • Mersin
  • istanbul
  • izmir
  • Kars
  • Kastamonu
  • Kayseri
  • Kırklareli
  • Kırşehir
  • Kocaeli
  • Konya
  • Kütahya
  • Malatya
  • Manisa
  • Kahramanmaraş
  • Mardin
  • Muğla
  • Muş
  • Nevşehir
  • Niğde
  • Ordu
  • Rize
  • Sakarya
  • Samsun
  • Siirt
  • Sinop
  • Sivas
  • Tekirdağ
  • Tokat
  • Trabzon
  • Tunceli
  • Şanlıurfa
  • Uşak
  • Van
  • Yozgat
  • Zonguldak
  • Aksaray
  • Bayburt
  • Karaman
  • Kırıkkale
  • Batman
  • Şırnak
  • Bartın
  • Ardahan
  • Iğdır
  • Yalova
  • Karabük
  • Kilis
  • Osmaniye
  • Düzce
a

Yuxu – Sema Muğanna

ad826x90
ad826x90

Bu əsəri daxili gözəlliyi, qayğıkeşliyi, şəfqəti ilə məni heyran qoyan

Rima xanıma sevgilərlə ithaf edirəm..

Baxın, indi sizə Yuxunun qəribə taleyini danışacam.

Yəqin ki, bu sətirləri oxuduqda gözlərinizdən qeyri-ixtiyari yaş axacaq, gözlərinizin yaşını silməyin. Bunu etsəz, Yuxunun da, Yaramaz uşağın da qatili siz olacaqsınız. İndi isəgəlin Yuxunun gəmisində acılarla dolu səyahətə çıxaq.

18 mart 2012-ci il. Saat 04:45. Otaqda yalnız idim,

ad826x90

Yuxum ərşə çəkilmişdi. Açıq pəncərənin önündə dayanıb, saçlarıma qonmuş soyuq, buz kimi qar dənəciklərini düşünürdüm. Kənardan məni izləyən isə Zülmətin kabusu idi. Uzun zaman idi ki, bu kabusdan qopa bilmirdim. Həkimlərin dediyinə görə reallıqda deyildim. Əslində mən kiçik yelkənli gəmidə dalğalı dənizdə savaşa çıxan Yuxu idim. sahildə iki gənc var idi. Baxın, faciə indi başlayır, amma söylədiyim kimi ağlamaq yox. Sadəcə gözlərinizi qapadın ki, o səhnəni canlı olaraq görməyin, çünki mənim qəlbim o faicəyə tab gətirmədi. O andaca qan qusdu. İnanmazdım ki, bu son olacaq. Axı biz 17 mart səhər saat 05:30 o bağçada görüşəcəkdik? Axı Yaramaz uşaq məni tək qoyub gedə bilməzdi?

    17 mart gecəsi idi. 2012-ci il, saat 03:45. Qış fəsli idi. Ətrafda heç kəs yox idi. Bəlkə də özüm özümü aldadırdım? Eh, nə isə. Bayırdakı çovğun, yağan qar məni narahat edirdi, yuxum qaçmışdı. Əlimdə nə telefon, nə də başqa bir şey var idi. Kitab da oxuya bilmirdim. Ətraf bomboş, mən də yalnız qalmışdım. Sanki bu boşluğa məhkum idim. Ağlımda isə xəyalı hər zaman beynimdə dolaşan Yaramaz uşaq idi. Qapını açıb küçəyə çıxdım. Qəfildən yanımda kiminsə olduğunu hiss etdim, bu Yaramaz uşaq idi. Əlimdən tutub məni öz tərəfinə çəkdi. İkimiz də yarı təəccüb, yarı sevgi dolu baxışlarla bir-birimizi izləyirdik. Sözlər dilimizin ucundaydı, amma lal olmuşduq. Hər şeyin bu qədər tez baş verəcəyini gözləmirdim. O mənim sadəcə əlimdən tutdu və biz var gücümüzlə qaçmağa başladıq. Ətrafı duman bürümüşdü, heç nə görünmürdü. Anidən gözlərim qapandı. Yaramaz uşağın hansı vəziyyətdə olduğunu bilmirdim, ancaq qəlbimin çırpıntılarını duyurdum. Çox sakitlikdi. Gözümü açdım və ikimizin cənnəti xatırladan bir bağçada olduğumuzu gördüm. Bu möcüzə idi. Quşların səsi, çiçəklərin ətirli qoxusu insanı məst edirdi. Addımlaya bilmirdim, elə bil ayaqlarımın altında isti ocaq qalamışdılar. Bu ocağın istisi Yaramaz uşağı da bürümüşdü. Elə bil iflic olmuşdum. Qışqırmaq istəyirdim, ancaq səsim çıxmırdı. Yaşla dolu gözlərimiz bir-birinə zillənmişdi. Yaramaz uşaq alovlar içində yanırdı, səssiz səmirsiz. Mən isə heç bir köməklik edə bilmirdim.

   Və son. Bəlkə də bu son deyildi. Bəlkə də bu sadəcəmənə bir işarə idi? Gözlərimi açarkən özümü çarpayıda uzanmış vəziyyətdə gördüm. Tibb bacısı qoluma iynə vururdu. Artıq nitqim açılmışdı, danışa bilirdim. Qırıq-qırıq Yaramaz uşağın adını söylədim. Tibb bacısı donuq vəziyyətdə məni izləyirdi. Elə bil hardansa mənə güc gəldi və mən qışqırdım, sanki nəfəsim kəsiləcəkdi. Bu an kimsə əlimdən tutub dedi:

-Yuxu, o gəmi yoxdur artıq. Bax, yenə yanındayam. Bax, burdayam. Ağlama. Əgər sən ağlasan, bil ki, məni diri-diri torpağa gömmüş olacaqsan.

-Bu sənsən? Sən yaşayırsan? Tək sözüm bu ola bilərdi.

   Yaramaz uşaq qarşımda idi. Dünyanın ən xoşbəxti mən idim.

-Yuxu, bunu unutma. Sənin qəlbin nə zamansa dayansa, o an öləcəyəm. Mən sənin həm gerçəyin, həm xəyallarınam. Sən isə mənim nəinki o gün, hər zaman o sirrli tarixdə vurulduğum xanım olaraq qalacaqsan.

    Əlimi qaldırdım, ancaq ona toxuna bilmədim. Gözlərimin önündə parça-parça oldu. Əlimdə qalan yalnız döyünən ürəyi oldu.

  Yuxu axırıncı dəfə yalnız o gün ağladı, çünki Yaramaz uşaqdan sonra o var ola bilməzdi. Əllərində sevgilisinin ürəyi gözlərini əbədi olaraq yumdu. Yuxu yuxuya qərq

oldu…

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Səma Muğanna

YORUMLAR

s

En az 10 karakter gerekli

Gönderdiğiniz yorum moderasyon ekibi tarafından incelendikten sonra yayınlanacaktır.

Sıradaki haber:

Bir Zamanlar Şimdiki Zaman

HIZLI YORUM YAP