34,5580$% 0.22
36,0496€% -0.52
2.985,83%0,82
5.085,00%0,21
20.276,00%0,37
Mən Səma Muğanna. 17 yaşım var. İstiqlal Ordenli Xalq yazıçısı İsa Muğannanın nəvəsiyəm. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüyəm. 3 kitab müəllifiyəm. Kiçik hekayələrim, 2 povestim və irihəmcli hekayələrim var. Yazılarım Türkiyənin bir çox şəhərlərində çap olunub. Hal-hazırda məktəbdəyəm. Artıq bir neçə gün məzun olacam. Kiçik yaşlarımdan məktəb həyatımda bir çox layihələrdə iştirak etmişəm. Müxtəlif layihələrin, müsabiqələrin qalibiyəm.
Çox gözəl və maraqlı sualdır. Lap ürəyimdən xəbər verdiniz. 7, ya da 8 yaşımdan başlamışam. Kiçik günlüklərim vardı. Hələ də bir neçəsini yadigar saxlayıram. Təkcə hekayələr, esselər deyil, sərbəst vəzndə şeirlər də yazırdım. Bu bir təsadüf kimi görünə bilər, amma düşünürəm ki, nə təsadüf, nə də işarədir. Bu Tanrı tərəfindən göndərilən hədiyyədir. Sizə bir sirr verim. Bu, əslində, bir sirr yox, real faktdır. Məsələ də budur ki, faktlar bizi müxtəlif keçidlərdən aparır. Bu keçidlərin Səmanın dünyasında adları tamamilə fərqlidir. Yazılmayan boş kağızların hər biri mənim üçün bir obraz idi. Bu obrazların adları, xarakteri, görünüşü var. Sadəcə uşaq olduğum üçün tam mənasında anlamırdım. Bunu anlamaq bir az zaman aldı. İnsanların kağız kimi gördüyü, əslində, Səmanın yaratdığı obrazlar idi. Mən kağızlarla danışdığımda elə bil qələmim də dilə gəlirdi. Mən kağızlarla 8 yaşımda ilk dəfə Qibləgahıma, yəni babama yazdığım ilk məktubla başladı. O məktubu hələ də saxlayıram.
O məktub mənə körpə Səmadan, yeni cığır açan qızcığazın əmanətidir. Məhz o gündən mən yazar olmağı yalnız xəyal olaraq deyil, hədəf olaraq seçdim. Unutmayaq, hədəflərin bizə yaf, yaxud doğma olması yalnız bizdən asılıdır. O gündən etibarən hədəf gördüyüm kağızlar bir müddətdən sonra mənim ən yaxın obrazlarıma çevrildi, qələmim isə ən yaxın dostuma. Artıq hədəf dəyişdi və bayaq vurğuladığım kimi keçidlərin də yolları açılıb açarlarla bağlandı. Qələmim mənə yazar adını bəxş etdi.
Səma… Kiçik Səmanın addımlarını izləyərək. Qibləgahımla söhbətləşərkən. 2014-cü il ömür səhifəmdə bir iz olaraq qaldı. Elədir ki, izlər insanın həyatından silinmir. Bu iz o qədər dərindir ki, bu izləri bizdən almaq günahdır, amma kiməsə danışsaq da, artıq bu yaralar bizdən soyuyub qaçmağa başlayır. O gündən anladım ki, kiməsə danışmaq yox, əvvəlcə yaralarını, izlərini tanımaq və 2-ci mənlə bölüşmək lazımdır. Məhz ikinci Səmanı tanıdığımda yazmağa başladığımı anladım. Bu artıq yazmaq deyil, sanki ruh dostumla dərd ortağına çevrilmişdik.
Sosial şəbəkədə səhifə qarşıma çıxdı. Araşdırmağa başladım. Çox istəyirdim ki, yazılarım dərgidə yayımlansın, amma heç düşünmədən yazdım. Çox mehribanlıqla və qayğıyla mesajıma gözəl bir geridönüş aldım. Sonrasında Edebiyat Kulisinin qurucusu Neşet Ertaşla tanış oldum. Neşet bey həqiqətən gənclərə çox dəstək olan, onlara diqqət edənlərdən biri olduğunu tanımış oldum. Qələmi möhtəşəmdir. Qələminə sağlıq deyirəm!
Bəli. Edebiyat Kulisi ailəsinə xüsusi təşəkkür edirəm. Onların mənə və yazılarıma olan sevgisi, diqqəti məni çox xoşbəxt edir. Eynən mən də onlara eləyəm. Davamlı olaraq da onların etimadını doğruldacağıma söz verirəm!
Məndə mövzu deyil, fəlsəfi fikirlər olduğu üçün yalnız fəlsəfi düşüncə gözündən baxıram. Ancaq bu yalnız fəlsəfəyə bağlanmır. İçində sevginin, qayğının, xəyanətin, nifrətin, xoşbəxtliyin də olduğu mövzular var. Məsələn, sizinlə “qeyb olan açar” hekayəsindən kiçik sitat paylaşım:
Əslində, qələmə aldığım yazı insanların daxili dünyasını və beyinlərindəki düşüncəni ifadə edir. İnsanlar bir-birinə zidd və qarışıqdır. Yazıçının da bu cür qarışıq fikirlərə qapandığı, hətta yolunu belə itirdiyi zamanlar olur. Əsas bu üç dost bizə həmişə kömək olacaq. Unutmayın, “tale oyunu”, “qeyb olan açar” və “fikirlər”.
“Qeyb olan açar” sizin tale oyununuzun dostu da ola bilər, düşməni də. Bu sizdən asılıdır. Təqvimdəki tarixlər, saatın əqrəbləri davam edir. Əgər bir gün davam etməsə, demək siz Bakı şəhərinin tozlu küçələrindəki işıqlı dünyaya xəyanət etmisiniz.Deyəsən, Tanrım məni səsləyir. Getməliyəm. Hələlik!
Qələmə aldığım bu essedə açarın insan olduğu ortaya çıxır. Bu sonluq kimi görünür, amma hələ hər şeyin başlanğıcıdır…
İlk xəyalım bir kitabımın olması idi. Tanrıma şükürlər olsun ki, bu gözəlliyi mənə bəxş etdi. Kitablarım mənim zənginliyim, zəhmətim, var-dövlətimdir. Onu da qeyd edim ki, ilk kitabım 13 yaşımda nəşr olunub. Kiçik hekayələr və esselərdən ibarətdir.
Oxumaq gözlə görünür, lakin yazmağı yalnız göz görmür, baxışlar izləyir, ürək dinləyir, hətta elə bir vaxt olur ki, mübahisə belə edirlər. Ruh isə işıq kimi insan ömrünün bütün çalarlarında parıldayır. İşıq görünür, lakin ən dərin səsdir. Oxumağın isə dili yoxdur, danışa bilmir.
Xəyal insan cildinə girən bir yuxudur. Bu yuxu gecələr olmur, yazıçının qələmi ilə danışdığı hər zaman yanındadır. Xəyal ruhumun parçasıdır, əlbəttə sevirəm.
Çox oxuyun. Bacardığınızdan da çox. Qələminizlə dost olun. Qələminizlə dost olduğunuz an artıq hər yolun başlanğıcında qarşınıza bir qapı çıxacaq. Bəzən ola bilər ki, bu qapıların açarlarını tapa bilməsəniz, ruhdan düşməyin. Qələminizə sarılın. Bütün sevginizlə sarılıb onunla danışın. Unutmayın, qələm sizin ikinci ruhunuzdur. Cismən ruhunuzda yaşayan ikinci mən.. Onunla sirrlərinizi bölüşməkdən çəkinməyin, çünki sizi ən yaxşı dinləyən o olacaq.
Ömür səhifələriniz işıqla dolu olsun!
Selcan Kuloğlu ve Edebiyat